6 May 2023 20:48
10 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Laçının rayonu istiqamətindən Azərbaycan ərazisinə girişdə qurulan sərhəd-buraxılış məntəqəsi ilə bağlı rəsmi qərar verildi. Çünki bu məntəqənin maliyyələşməsi və zəruri ehtiyaclarının qarşılanması üçün belə bir addım atılmalı idi. Beləliklə də Laçındakı post Azərbaycanın sərhəd-buraxılış məntəqələrinin siyahısına əlavə olundu. Artıq bu yolun rəsmi statusu mövcudur.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert rus sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovun Bakıya səfəri zamanı Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla və digər şəxslərlə görüşünün nəticələrinə də münasibət bildirib:

“Maraqlısı isə onun hələ də Bakını tərk etməməsidir. Görünür ki, onun Bakıdakı danışıqları uğurlu alınmayıb. Ona görə də, geri qayıtmayıb. Sözsüz ki, Lentsov Bakıda bir xeyli görüşlər keçirib. Fakt odur ki, bir çox görüşlər onun üçün gərgin keçib. Yəqin ki, ona Bakıda layiq olduğu sözlər və ifadələr çatdırılıb”.

Polkovnik hesab edir ki, A.Lentsov səhər saat 9-a qədər Bakıda olsa da buradan umduğu cavabı ala bilməyib:

“Azərbaycan tərəfi haqlı olaraq onun separatçılara vermiş olduğu sözlərə görə heç bir dəstək verməyib. Sadəcə olaraq A.Lentsovu Bakıda qəbul edib, dinləyib izah ediblər ki, buradakı bütün söhbətlər Azərbaycan ərazilərində gedir. Ona görə də burada qərarları Azərbaycan tərəfi verir”.


Müəllif: Tapdıq Qurbanlı