12 May 2023 19:09
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məmləkət” partiyasının sədri Məhərrəm İncənin namizədliyinin geri götürməsinin arxasında FETÖ dayanır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Baxçalıevlərdəki mitinqi zamanı deyib.

“Kaset təxribatının arxasında Pensilvaniya var, FETÖ var. Bu oyunu Məhərrəm bəyə qarşı oynadılar”, - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bazar günü türk xalqı üçün çox önəmlidir: “Ona görə də xalqımın terror təşkilatlarından mədət umanlara həddini bildirmək ən böyük haqqıdır. Hər kəs yaxşı bilir ki, Kamal Kılıçdaroğlu indiyə kimi heç vaxt verdiyi sözləri tutmayıb. Bu adam seçki vədində deyir ki, Qərbdən 300 milyard dollar faizlə borc alacaq. Bu necə vəddir?! Ona görə də gülə-gülə Kamal Kılıçdaroğlu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər