17 May 2023 15:55
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində bildirib.

“Azərbaycan Ukraynadakı hazırkı böhranın Avropada sülh və təhlükəsizliyə xələl gətirməkdə davam etdiyinə görə dərin təəssüf hissi keçirir. Azərbaycan münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır. Ağır humanitar nəticələr insanların əzablarını yüngülləşdirmək üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir”, - XİN rəhbəri deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər