Azərbaycan və Böyük Britaniya arasında 30 ildir inkişaf edən çox sıx əlaqələr mövcuddur.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.
“Böyük Britaniya kimi Azərbaycan tərəfi də ənənəvi enerji mənbələrilə yanaşı bərpaolunan enerji istiqamətində irəliləyir ki, bu da vacibdir. Çünki dünya əhalisi artır, tələblər artır. Biz Azərbaycan hökuməti ilə yaşıl enerji sahəsində çox əzmlə işləyirik", deyə E.Nikolson qeyd edib.