"Miatsum" almanca "Anşlüs", yəni birləşmə deməkdir. "Anşlüs" 30-cu illərin sonunda Adolf Hitler tərəfindən əhalisi alman olan ərazilərlə bağlı atılan addım idi. O, həmin ərazilərin “Father Land", yəni ana vətənə birləşdirilməsi ideyası ilə çıxış etmişdi. Ona görə də, Hitler Avstriya faşistlərinin köməyi ilə müstəqil Avstriya dövlətini birləşdirdi. Qərb isə buna etiraz etmədi. Daha sonra o, Çexiyanın almanlar sıx yaşayan Sudet vilayətinin Almaniyaya birləşdirilməsini istədi. Bununla bağlı Münxendə Adolf Hitler, Nevill Çemberlen (İngiltərinin baş naziri), Eduard Daladier (Fransa prezidenti) Sudet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan (29-30 sentyabr 1938-ci il tarixli) saziş imzaladı. Çemberlen və Daladier Hitlerin tələblərini qəbul etdi və bununla da Sudet vilayəti Almaniyaya verildi. Bundan şirniklənən Hitler Polşa ərazisində xeyli almanın yaşadığını əsas gətirərək Qdansk və onun ətrafında olan ərazilərin Almaniyaya birləşməsi tələbi ilə çıxış etdi.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, əslində bu faktlar "Miatsum"un beynəlxalq hüquqda tərcüməsidir:
“II Dünya müharibəsində Almaniya darmadağın edildikdən sonra beynəlxalq cinayət sayılan "Miatsum" layihəsini heç kəs dilinə gətirmirdi”.
Politoloq hesab edir ki, keçmiş SSRİ-ni dağıtmaq üçün ən yaxşı vasitələrdən biri daxildən çaxnaşma törətmək və etnik ərazi münaqişələri yaratmaq ideyası yenidən ortaya atıldı:
“Beləliklə "Anşlüs" sözünü "Miatsum" sözünə çevirib öz agenturalarına təlimat verməyə başladılar. Bundan sonra erməni millətçiləri "Miatsum" deyə çıxırmağa başladı. Sonradan isə bu "Miatsum" hərəkatı Azərbaycan xalqına, elə ermənilərin özlərinə fəlakət gətirdi, SSR-i dağıldı”.
Zərdüşt Əlizadənin fikrincə, az çox anlayanlar indi başa düşür ki, "Miatsum" ideyası Ermənistan dövlətini məhv edə bilər:
“Yəni, Ermənistanın fiziki mövcudluğu şübhə altına düşər. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məhz buna görə də açıqlama verir ki, bizim bundan sonra Qarabağ ermənilərinin adından danışmaq niyyətimiz yoxdur. Hitler sağ qalsa, Nürnberq prosesinə çıxarılsa idi o da səhv etdiyini, "Anşlüs"ün lazım olmadığını deyəcəkdi. Bunu Hitler deyə bilmədi, amma onun ətrafında bu addıma dəstək olanlar asıldılar. Ona görə də, indiki halda "Miatsum" sözünü deyənləri asmaq lazımdır”.