Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Teleqraf.com Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisə iyunun 16-sı saat 09:15-də radələrində olub.
Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.