29 İyun 2023 14:38
2 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni silahlılarının son təxribatı göstərdi ki, proses yekunlaşmalıdır. Azərbaycan Ordusu bu terrorçulara qarşı adekvat cavab verib. Amma məsələnin birdəfəlik həlli üçün daha geniş antiterror əməliyyatları planının icrası qaçılmazdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri dədiq atışlarla terrorçuları məhv edə bilər:

“Bunu son olaraq Kəlbəcər istiqamətində gedən əməliyyatlarda açıq şəkildə görmüş olduq. Qisas əməliyyatında da bu cür tapşırıqları Azərbaycan Ordusu dəqiqliklə yerinə yetirib”.

Polkovnik hesab edir ki, Ordumuzun peşəkarlığı və Silahlı Qüvvələrimizdə olan silahlar Qarabağdakı terror yuvalarını məhv etməyə imkan verir:

“Burada heç də rus sülhməramlılarının müvvəqqəti dislokasiya yeri və dinc ermənilərin yaşadığı ərazilər zərər görməyəcək. Sadəcə olaraq legitim hərbi obyektlər vurulacaq”.

Şair Ramaldanov separatçıların və terorrçuların bütün hərbi mövqelərini məhv etməklə konkret nəticələr əldə etmək mümkündür:

“Bu əməliyyatla terrorçular ya tərksilah edilməli ya da məhv olunmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər