11 İyul 2023 18:58
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatların hələ başa çatmadığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərdən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir”.

Prezident deyib ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir, Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır. “Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər