17 İyul 2023 23:57
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşündə ona uzun müddət ərzində Rusiyanın tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktlarını xatırladıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan XİN-dən bildirilib.

Bununla yanaşı, Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər