15 Oktyabr 2023 13:43
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinken konqresmenlərlə görüşü zamanı Azərbaycanın yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi barədə xəbərdarlıq etməyib.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller “Politico” nəşrinin bu barədə iddiasını yalanlayıb.

ABŞ rəsmisi bu məlumatların yanlış olduğunu və Blinkenin qanunvericilərə dediklərini əks etdirmədiyini bildirib.

“ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Biz vurğulamışıq ki, həmin suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Amma “Politico”nun məqaləsindəki məlumatlar yanlışdır və dövlət katibi Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”, - Miller söyləyib.

Bundan əvvəl nəşr yazmışdı ki, Blinken ötən həftə konqresmenləri Azərbaycanın tezliklə Ermənistan ərazilərini ələ keçirəcəyi barədə xəbərdarlıq edib. “Politico” Ermənistanın cənubunun, yəni Zəngəzurun Azərbaycanın hədəfində olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər