“Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz”
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti bəyan edib.
O, Şotlandiyadan olan ermənipərəst deputat Lounun Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb:
“Böyük Britaniya Ermənistan və Azərbaycana danışıqları bərpa etmək üçün çağırış edib. Məhz danışıqlar sülh üçün möhkəm təməl olacaq”