“Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsində 14 hərbçinin həlak olması ilə nəticələnən dəhşətli terror aktını birmənalı şəkildə pisləyirik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Pakistan hökuməti və xalqı ilə həmrəyik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün səhər Pakistanda Hava Qüvvələrinin bazasına hücum olub. Nəticədə 14 hərbçi həlak olub.