Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı genişlənib.
Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara əsasən, İsrail Dövləti bu siyahıya daxil edilib.
Bundan əvvəl bu siyahıda Əfqanıstan İslam Respublikası, İraq Respublikası, Liviya Dövləti, Suriya Ərəb Respublikası, Ukrayna və Fələstin Dövləti olub.