Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Saymon Mordyu “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Aİ ilə Azərbaycan arasında münasibətləri müzakirə edib.
"Mən vurğuladım ki, Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır. Aİ Cənubi Qafqazda sülh və firavanlığa kömək etmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edəcək", - deyə paylaşımda bildirilib.