27 Noyabr 2023 20:28
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycanla Ermənistan arasında davam edən müzakirələrin sülh sazişi ilə nəticələnməsini arzu edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ermənistanın destruktiv addımlardan əl çəkdiyi təqdirdə, "3+3" əməkdaşlıq formatı bölgədə sülh üçün böyük töhfə verəcək.

“Minsk Qrupu 30 il ərzində nəticəyönümlü diplomatiyanı işə salmayaraq, haqsız status-kvonun mövcudluğunu qorumaqdan başqa heç bir şey etmədi. Nəticə etibarı ilə Azərbaycan Qarabağ savaşı ilə öz torpaqlarına qovuşdu. Türkiyə asanlaşdırıcı rolunu Azərbaycanla, cənab İlham Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir. Xüsusi təmsilçilərin də danışıqlara töhfəsi var ki, bu da “gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücləri bu məsləyə qatmayaq” prinsipinə əsaslanır”, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər