29 Noyabr 2023 14:15
3 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi Azərbaycanın mövqeyinin, gücünün ifadəsidir. Eyni zamanda Dövlət katibinin köməkçisi Ceyms O`Braynı Azərbaycana elə-belə göndərmirlər. Çünki ABŞ Dövlət katibi Azərbaycan Prezidentinin şərtini qəbul etdi. Bununla da yüksək səviyyəli Azərbaycan rəsmilərinin Amerikaya səfərinə qoyulan qadağa aradan qalxdı.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Blinkenin zəngi Azərbaycanın beynəlxalq arenada geosiyasi çəksini, nüfuzunu, imkanlarını açıq şəkildə nümayiş etdirir: “Bu nöqteyi nəzərdən artıq Azərbaycana 1992-ci ilin ölçüsü, yanaşması ilə yaxınlaşmaq mümkün deyil”.

Səməd Seyidova görə, indi siyasi müstəvidə fərqli, başqa və qalibiyyət əldə etmiş Azərbaycan var: “Blinkenin zəngi bunu bir daha təsdiq və sübut etdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər