3 Dekabr 2023 11:09
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin prezidenti Mahmud Abbas Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) israilli hərbi cinayətkarların mühakiməsinin sürətləndirilməsini tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "WAFA" xəbər agentliyi məlumat yayıb.

“Prezident bu gün Kərim Xanla keçirdiyi görüşə toxunub. O, prokuroru Qəzza zolağında, İordan çayının qərb sahilində və Qüdsdə xalqımıza qarşı törədilmiş və davam edən cinayətlərə görə İsrail hərbi cinayətkarlarının mühakiməsini sürətləndirməyə çağırıb”, - Abbas bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan dekabrın 2-də prezident Mahmud Abbas, baş nazir ilə görüşmək üçün Ramallaha gedib.


Müəllif: Pərvin Cəfərova