8 Dekabr 2023 01:12
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.

“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər