8 Dekabr 2023 19:35
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya şirkətləri Azərbaycana Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə 22 layihə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci iclasında deyib.

"Dekabrın 8-nə Rusiya şirkətlərinin 22 layihəsi Azərbaycan strukturlarında, o cümlədən Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən nəzərdən keçirilməkdədir", - o deyə o vurğulayıb.

Bundan başqa, o 1995-2022-ci illər ərzində Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcminin təqribən 8 milyard ABŞ dolları olduğunu və bunun altı milyardının qeyri-neft sektoruna aid olduğunu qeyd edib.

"Azərbaycan isə öz növbəsində Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yatırıb. Azərbaycanda Rusiyanın 1 742 kommersiya müəssisəsi fəaliyyət göstərir ki, bunların da 1 247-si aktiv iqtisadi fəaliyyətə malik şirkətlərdir", - deyə o, əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər