ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmaq yollarını müzakirə etmək üçün tez-tez Cənubi Qafqaza səfər edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən bildirilib.
"Elan etmək üçün heç bir təfərrüatımız yoxdur. L.Bono sülh prosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistan və Azərbaycanda bir sıra əsas maraqlı tərəflərlə əlaqə saxlayır. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq," deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, yanvarın 8-də Lui Bono İrəvana səfər edib. Səfər zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələləri müzakirə olunub.