Yaxın aylarda ABŞ prezidenti ilə Çin lideri Si Cinpin arasında telefon danışığı olacaq.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyası məlumat yayıb.
“Biz gözləyirik ki, bu yaxın aylarda olacaq. Hələlik konkret tarixlər bəlli deyil”, - ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinkenin bu il Çinə səfər edəcəyi məlum olub.