2 Fevral 17:38
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın son iddiaları prosesi pozmağa, sülh sazişini imzalamamağa hesablanıb. Hər bir məsələdə cılız oyunlar uydururlar. Məqsəd heç bir nəticənin olmaması və aparılan danışıqların nəticəsiz qalmasıdır. Çünki qorxurlar. Hərbi cinayətkarlar, terror şəbəkəsinin Ermənistan hakimiyyətini sülh sazişi imzalayacağı təqdirdə cəzalandıracağına dair qorxu var.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, Ermənistanda özünü müxalifət adlandıran “Qarabağ klanı”, milliyyətçi diaspor, “Asala” terror təşkilatı sülhün əldə olunmaması üçün təzyiqlər göstərir:

“Bununla da erməni tərəfi sülhdən, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırır. Uydurma bəhanələrlə vaxtı uzadırlar. Bu günlərdə Nikol Paşinyanın Azərbaycanla bir-birinə hücum etməmək haqqında pakt imzalamaq məsələsini gündəmə gətirməsi də bu prosesin tərkib hissəsidir”.

Partiya sədri hesab edir ki, bütün bunlar eyni oyunların nümayişidir:

“Ermənistanda hakimiyyətə qarşı qrupların mübarizəsi terror müstəvisində gedir. 90-cı illərin sonunda Azərbaycanla sülh danışıqları intensivləşdiyi halda Ermənistan parlamentindəki terror faktı ortadadır. Ermənistanın siyasi mübarizəsində belə mənfi ənənələr var”.

Asim Mollazadə AŞPA-nın ermənipərəst mövqeyinə də münasibət bildirib:

“ATƏT-in seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlməsinə qarşı çıxan AŞPA bu qurumla aralarında olan məsələni həll etməlidir. İlk növbədə AŞPA-ya ATƏT-dən reaksiya verilməlidir. Çünki Avropanın siyasi mühitində almaniyalı deputat Frank Şvabeni hamı yaxşı tanıyır. Onun korrupsiyaya qurşandığı, kimə işlədiyi hamıya bəllidir. Avropa Şurasında, Almaniyada onun kimliyi hamıya məlumdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər