7 Fevral 19:43
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən əvvəlki seçkilərdən fərqli olaraq budəfəki seçkidə seçicilərin iştirakı daha yüksək səviyyədə idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-nin Oracle Advisory Group Təşkilatının nümayəndəsi Vlada Qalam "Hilton" oteldə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, budəfəki seçkilər tarixi əhəmiyyət daşıyıb. "Yenidən Azərbaycana qayıdıb seçkini müşahidə etmək bizə nəsib olduğuna görə sevinirik. Azərbaycanda daha öncəki seçkiləri də müşahidə etmək imkanımız olub. Bu seçki tarixi əhəmiyyət daşıyır. Biz ilk dəfədir ki, Qarabağda, Şərqi Zəngəzurda seçkini müşahidə edə bildik. Müşahidəmiz 40 seçki dairəsini əhatə edib, 30 sahə nəzarətçimiz və 1000- dən çox müsahibə alan heyətimiz olub. Fəxrlə söyləyirik ki, Azərbaycanda 63 mindən çox seçicidən müsahibə almışıq"


Müəllif: Nərmin

Oxşar xəbərlər