Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Serbiyanı Milli Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Milli Günü münasibətilə strateji tərəfdaşımız Serbiya Respublikasına və onun xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Biz birlikdə tərəfdaşlığımızı müəyyən edən dərin dostluğu və qarşılıqlı hörməti qeyd edirik", - paylaşımda vurğulanıb.