Ukrayna prezidenti Vladimir Zelenski partnyorlarını Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə iş görməkdə qınayıb.
Teleqraf.com Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Belçikanın baş nazirləri Aleksandr de Kroo, İtaliyanın Corcia Meloni və Kanadanın baş nazirləri Castin Trüdo ilə birgə mətbuat konfransında deyib.
O, Rusiya prezidenti Vladimir Putinin təcrid olunmasının, o cümlədən sanksiya təcridinin vacibliyini qeyd edib.
Eyni zamanda, Zelenski əlavə edib ki, beynəlxalq yardım Ukraynaya vaxtında çatmalıdır.