27 Fevral 15:01
4 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməli və ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir" - mesajını bir daha xatırlatdı. Azərbaycan Prezidentinin Xocalı şəhərində bu mövzuya toxunması qarşı tərəfə açıq xəbərdarlıq idi. Əslində, bu prinsipial mövqeni dövlət başçısı dəfələrlə təkrar edib.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Xocalıda ölkə başçısının bir daha bu mesajı verməsinin anlamı odur ki, Ermənistan tərəfinin törətdiyi faciə, soyqırımı göz qabağındadır. Azərbaycan bunun üzərindən keçib sülh şəraitində, normal, yanaşı yaşamaq təklif edir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir:

“Erməni tərəfi Azərbaycana qarşı düşmənçilik niyyətini öz daxilində boğmalıdır. Bundan sonra nəhayət bölgədə dinc yaşamaq mümkün ola bilər. Çünki hər bir xalqa şübhə ilə yanaşan, haqqını tapdalayan “anlayış"la erməni toplumu heç nəyə nail ola bilməyəcək”.

Partiya sədri sülhlə bağlı Azərbaycanın 5 şərti irəli sürdüyünü bildirib:

“Erməni tərəfi bu şərtlər üzərində düşünüb, başqa ölkənin ərazisinə göz dikmək kimi yanlış “anlayış"lardan uzaq durmağı qəbul etməlidir. Əslində Ermənistan bununla ən ağıılı qərarlarını vermiş olar”.

Fazil Mustafaya görə, Ermənistan Azərbaycanın şərtləri əsasında normal münasibət sərgiləsə, düşdüyü durumdan xilas olacaq:

“Çünki bölgədə təhlükə mənbəyi kimi qalanda başqaları ayıq-sayıqlığını qoruyur. Nəticədə təhlükəyə qarşı birlik yaranır. Beləliklə müqavimət daha güclü olur. Ermənistan nəhayət kimi bu reallığın əsasında düşüncəsini formalaşdırmalıdır. Özünü təhlükəli dövlət, xalq kimi göstərmək “ənənəsindən” uzaqlaşmaq lazımdır. Bu normal gələcək üçün ən başlıca şərtlərdən biridir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər