13 Aprel 21:50
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun keçmiş müşaviri Jasmine El-Gamal İranın İsraillə əlaqəli gəmini ələ keçirməsini bir sıra cavab tədbirləri çərçivəsində ilk hadisə adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "France 24" telekanalına açıqlama verib.

“Düşünürəm ki, biz İranın cavab tədbirinin mümkünlüyünü müzakirə edərkən bu barədə hələ dünən danışmışıq. Onda da qeyd etdik ki, bunu gözləmək lazımdır. Və bu, İsrailə və İsrailin bölgədəki maraqlarına qarşı mümkün addımlar silsiləsində potensial olaraq ilk addım kimi görünür”.

Qeyd edək ki, aprelin 13-də səhər saatlarında İran nümayəndələri İsraillə əlaqəli MSC Aries gəmisinə miniblər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər