İranın 14 aprel bazar günü səhər saatlarında İsrailə hücum edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.
"İranın bazar günü səhər saatlarında İsrailə hücum etmə ehtimalı yüksəkdir", - rəsmi proqnozlaşdırır.
İsrailin müdafiə naziri Yoav Qalant bir neçə saat əvvəl ölkəsinin İran və onun peyklərinin “planlı hücumunu” diqqətlə izlədiyini və buna görə də müdafiə və hücum strukturlarını gücləndirdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri (IDF) İranla münasibətlərin pisləşməsi fonunda aprelin 13-ü axşam saatlarından etibarən ölkədəki bütün təlimlərin müvəqqəti olaraq ləğv edildiyini açıqlayıb. “Yaşıl zonalar” adlanan ərazilərdə 1000-dən çox insanın toplaşması da qadağandır.