20 Aprel 22:19
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Utanmalı olan, əksəriyyəti uşaq və qadın olmaqla 35 minə yaxın fələstinlini qətlə yetirən İsrail səlahiyyətliləridir”

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə XİN-in sözçüsü Öncü Keçeli X sosial media platformasında İsrail nazir İsrael Katsın paylaşımına cavab olaraq deyib.

Qeyd edək ki, Kats Ərdoğanın HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyə ilə görüşünü tənqid etmişdi.

“Utanmalı olan, əksəriyyəti uşaq və qadın olmaqla 35 minə yaxın fələstinlini qətlə yetirən İsrail hakimiyyətidir”. Yazısını paylaşan Keçeli İsrail hökuməti üzvlərinin gündəmi dəyişmək cəhdlərinin nəticə verməyəcəyini vurğulayıb.

Türkiyənin prioritetinin Fələstin dövləti quraraq Qəzzadakı qırğına son qoymaq və bölgədə daimi sülhün bərqərar olması olduğunu vurğulayan Keçeli, bu istiqamətdə işlərini davam etdirəcəklərini və İsrailin törətdiyi cinayətlərlə bağlı faktları dilə gətirəcəklərini bildirib.

İ


Müəllif: Pərvin Cəfərova