20 Aprel 23:47
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev rejiminə hərbi yardım birbaşa terror fəaliyyətinə sponsorluqdur"

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya hərbi yardım göstərmək qərarını şərh edərkən yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması qlobal böhranı daha da gərginləşdirəcək.

O, Tayvana yardımı ÇXR-in daxili işlərinə müdaxiləni, İsraili isə regionda gərginliyin artmasına aparan yol adlandırıb.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Kiyevə təxminən 61 milyard dolların ayrılmasını nəzərdə tutur. İsrail və Tayvana hərbi yardım göstərilməsi və Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirəsi haqqında qanun layihələri də təsdiq edilib.


Müəllif: Pərvin Cəfərova