22 Aprel 18:00
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı 90-cı illərin əvvəllərindəki dərəbəylik, anarxiya dövrünə sürükləmək istəyirlər. Demokratiya və insan haqları anlayışı ilə pərdələnib, cəmiyyətdə qarışıqlıq yaratmaq planları qururlar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O hesab edir ki, bunlar Azərbaycanın siyasi həyatından silinmiş, xalqımız tərəfindən qəbul edilməyən, xarici ağaları tərəfindən belə üzərindən xətt çəkilmiş ünsürlərdir:

"Cəmiyyətimiz AXCP-Musavat cütlüyünün xəyanətini görüb və bu qüvvələrin artıq ölkədə heç bir sosial dayağı yoxdur. Radikal müxalifətin indiki halda mitinq və aksiyalardan danışması havadarlarının göstərişinə əsaslanır. Bu gün Azərbaycan mühüm hadisələrə şahidlik edir. Təəssüf ki, belə bir dövrdə də ölkəmizə qarşı müxtəlif uyğunsuz cəhdləri görürük. Bunun bir izahı var. O da bu qüvvəllərin xaricdən idarə olunmasıdır. Azərbaycan sürətli formada inkişaf edir. Bu gün Ermənistanla sülh sazişi imzalamaq yolunda irəliləyirik və bu ərəfədə belə bir təxribatın törədilməsi həqiqətən anlaşılan deyil. Ümumiyyətlə, aksiyanın keçirilməsinin məqsədi belə tam aydın deyil. Bu, növbəti bir təxribat və uğursuz cəhddir. Azərbaycan xalqı ölkə rəhbəri ətrafında sıx birləşib. Belə provokasiyalara hər zaman olduğu kimi getməyəcək. Onlar çalışmalıdırlar ki, bu cür təxribatlara son qoysunlar. İnanmıram ki, onlar bu aksiyalara çox sayda insan cəlb etsinlər. Çünki insanlar Azərbaycanı inkişafa, gələcəyə aparan liderə səs verib. Bu, gələcəkdə də belə olacaq”.


Müəllif: Əsəd Məmmədəliyev