Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"a müsahibəsində bildirib.
“İki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb. İki ölkə arasında iş gedir. Sülh müqaviləsi üzrə hələ də razılaşdırılmamış maddələr var", - o əlavə edib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.