Türk Dünyası Beyin Mərkəzləri Şurasının yaradılması təklif edilib.
Teleqraf.com xəbər verir ki, bu təkliflə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova bu gün keçirilən “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada çıxış edib.
O qeyd edib ki, Türk dövlətləri bütün sahələrdə birgə əməkdaşlıq edib, ortaq qurumlar yaratsa da ortaq beyin mərkəzi və ortaq profil nəşrlər, birgə layihələr yoxdur.