7 İyun 22:18
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanı Buçada öldürüldüyü iddia edilənlərin siyahısını Moskva ilə bölüşməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) deyib.

Onun sözlərinə görə, Rusiya iki ildir ki, orada öldüyü iddia edilən şəxslərin siyahısını əldə edə bilmir. Birləşmiş Millətlər Təşkilatı müvafiq məlumatları təqdim etmir. Zaxarova qeyd edib ki, şəhərə dəfələrlə Avropa İttifaqı, ABŞ və Kanadanın nümayəndə heyətləri baş çəkib, lakin Rusiyanın onlarla əlaqələri yaxşı deyil deyə, onlardan konstruktiv nəsə gözləmirlər. O bilidirib ki, Ermənistan ilə müntəzəm əlaqədə olduqları üçün Yerevandan bu siyahını təqdim edəcəklərini gözləyir.

Ermənistan isə nümayəndə heyətinin Buçaya səfərini inkar edir. Parlament sədri Alen Simonyan rusiyalı diplomatın bəyanatını şərh edərkən bildirib ki, Yerevanın nümayəndə heyəti şəhərə səfər etməyib. Onun sözlərinə görə, şəhərə bir dənə də olsun erməni deputati getməyib. O, əlavə şərh vermək istəməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər