ABŞ Ticarət Departamenti altı şəxsə və səkkiz şirkətə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə departamentin Federal Reyestrdə yerləşdirilmiş bildirişində deyilir.
Bildirilir ki, Rusiyanın SkyTechnic şirkəti, eləcə də Britaniyanın Virgin adaları, Çin, BƏƏ, Serbiya və Türkiyədəki səkkiz şirkəti də məhdudiyyətlərə məruz qalıb. Sanksiya tətbiqinə səbəb şirkətlərin Rusiya Federasiyasına təyyarələr üçün ehtiyat hissələrinin tədarük etməsi göstərilir.
Qeyd edək ki, 2022-ci ilin fevralında ABŞ Rusiyaya göndərilən aviasiya məhsullarına nəzarəti gücləndirib və bəzi təyyarələr və ehtiyat hissələri üçün yeni lisenziya tələbləri tətbiq edib.