İsrail lazım olan hər vasitə ilə özünü müdafiə etməyə hazırdır və ona hücum edən hər kəs layiqli cavabını alacaq.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Yəməndəki husi hədəflərinə aviazərbələr endirməsi fonunda deyib.
Onun sözlərinə görə, sabit və təhlükəsiz Yaxın Şərqə ümid edən hər kəs həm Yəməndə, həm də Qəzza zolağında və ya Livanda İran və onun müttəfiqlərinə qarşı mübarizədə İsrailə kömək etməlidir.