19 Avqust 17:23
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 119 saylı Ağdam Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, növbəti görüş Ağdam rayonunun Zəngişalı kəndində keçirilib.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Bəxtiyar Əliyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.
B.Əliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir.
Professor Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyev Ağdama 18 dəfə səfər edib və rayonunun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 25 sərəncam imzalayıb. Bu gün Qarabağ, Ağdam yenidən qurulur və cənnətə çevrilir. Ağdamlılar da bu diqqət və qayğını həmişə yüksək qiymətləndiriblər.
B.Əliyev həmçinin seçicilərə deputat kimi gördüyü işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat verib. Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd professor Bəxtiyar Əliyevə yedilliklə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də professor Bəxtiyar Əliyevə səs verəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər