27 Avqust 14:00
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın son bəyanatları ilə Ermənistanın ciddi narahatlığı müşahidə edilir. Kremlin bu müstəvidə artan təzyiqi necə nəticələnə bilər?

- Əslində tərəflər burada açıq oyun aparır. Ermənistan Qərbə nümayiş etdirmək istəyir ki, guya o, Rusiyadan uzaqlaşır. Faktiki olaraq bu gün Ermənistan Qərblə Rusiya arasında vasitəçiyə çevrilib. Sanksiyalar siyahısında olan malları Rusiya məhz Ermənistan vasitəsi ilə əldə edir. Eyni zamanda erməni icması Rusiyanın maliyyə vəsaitlərini idarə etmək üçün imkanlarını ortaya qoyur. Bütün bunlar hər iki tərəfin apardığı oyun qaydalarından xəbər verir.

- Ermənistan tərəfindən aparılan ikili oyun qaydaları nəyə hesablanıb?

- Məqsəd sülh prosesini uzatmaq, bölgədə inkişafın qarşısını almağa hesablanıb. Ermənistan həmçinin Rusiyanın taleyinin necə olacağını gözləyir. Çünki ermənilər dəfələrlə mənsub olduğu imperiyaları satıb qarşı tərəfə keçib. Vaxtilə farslara, Osmanlıya qarşı ermənilər bu cür davranıb. İndiki halda Rusiya Ukrayna ilə müharibədə zəifləsə, məğlub olsa, ermənilər özlərinə yeni sahib axtaracaqlar.

- İranın Zəngəzurla bağlı mövqeyi dünənə qədər hər kəsə bəlli idi. Bu halda özünün əzəli rəqibi ABŞ-ın bölgəyə yerləşməsinə rəsmi Tehran niyə səssiz qalır?

- Əgər, Zəngəzur dəhlizi açılarsa, İran Şərqlə Qərbi birləşdirən nəqliyyat xəttlərini öz əlində saxlamaq planlarını itirəcək. Çünki bu dəhliz ümumilikdə hər kəsin yolunu açmış olur. Bununla da yeni bir sistem yaranır. Ona görə də, İran buna qarşıdır. Ermənistan da İranın ən yaxın müttəfiqi kimi eyni mövqeni bölüşür. İran parlamentində bu mövzuya dəfələrlə toxunulub. Fakt bu gün İran və Ermənistan bir niyyət uğrunda çalışır. Ermənistana hazırda silah və digər hərbi dəstəyi də məhz İran verir. Orta Şərqdə yerləşən erməni icması Hizbullahla, İranla birgə hərəkət edir.

- Fransa, Hindistan və İran tərəfindən silahlandırılan Ermənistanın yenidən müharibəyə başlamaq niyyətindən danışılır. Belə bir təhlükə varmı?

- Hazırda belə bir təhlükə yoxdur. Çünki bir hərəkətlə erməni ordusu məhv ola bilər. Ermənistana kimlərin hansı silahı verməsindən asılı olmayaraq onun döyüşməyə gücü və hazır canlı qüvvəsi yoxdur. Sadəcə olaraq erməni tərəfi Qərbdəki ağalarına nümayiş etdirir ki, guya onlar yeni müharibəyə, revanşa hazırdır. Reallıq isə tamamilə əksinədir. Ermənilər hal-hazırda mümkün qədər Ermənistandan qaçmağa can atır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər