9 Sentyabr 22:08
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti COP29-un təşkili və onun uğurlu nəticəsini təmin etmək üçün çox çalışır və bu konfransdan iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləyirlər.

Teleqraf.com Report.az-a istinadla xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Frensis deyib.

D.Frensis prezidentliyi ərzində Azərbaycanda COP29 komandası ilə görüşdüyünü və hazırlıqları yaxından izlədiyini bildirib.

O əlavə edib ki, COP29-dan ən çox gözlənilən iqlim böhranının qsrşısının alınması üçün maliyyə vəsaitlərinin artmasıdır:

"İqlim böhranının həlli narahatedici bir məsələ olaraq qalır. Maliyyə vəsaitləri artırılmalıdır. Biz keçən il COP28-də itki və zərər fondunun yaradılmasını alqışladıq. Bu, həqiqətən düzgün addım idi, bir neçə dövlət, o cümlədən ABŞ, Avropanın bəzi ölkələri və BƏƏ bu fəaliyyətləri dəstəklədi. Aydındır ki, fondun dirçəldilməsinə əhəmiyyətli dərəcədə ehtiyacı var, çünki itkilər və zərərlər ildən-ilə artmaqda davam edir. Biz islahatların aparılması üçün tələb olunan maliyyə vəsaiti olmadan iqlim dəyişikliyi ilə bağlı irəliləyişə nail ola bilmərik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər