11 Sentyabr 18:40
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri öz vəzifəsindən istefa verdi.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçi öz Feysbuk hesabında yazıb.

İlqar Məmmədov öz qərarını belə açıqlayıb: "MSK bugün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim".

O bildirib ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər