15 Sentyabr 12:22
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi məsələsi Azərbaycan, Rusiya və İran arasında Ermənistansız həll olunur.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

"Biz mütləq məğlubiyyətə düçar olmuşuq, indi bizim iştirakımız olmadan dəhliz məsələsinin necə olacağına qərar verirlər. Demək ki, bizim dövlət və suverenliyimiz yoxdur", - ekspert bildirib.

Xaçikyanın sözlərinə görə, məsələlər Azərbaycan, Rusiya və İran arasında həll olunur: “Putin Əliyevlə görüşüb bu barədə danışır, ardınca İranla Rusiya Zəngəzur dəhlizi barədə müzakirələrə başlayır. Üçüncü tərəflər bizim ərazimizdən danışır və razılaşırlar, biz suverenliyimizi itirmişik. Dövlətimiz sürətlə Fələstinə çevrilir. Biz Fələstin kimi bir ərazi olacağıq, orada müxtəlif dövlətlərin öz maraqları olacaq və öz aralarında bölüşəcəklər".

Türkiyəyə gəlincə, Xaçikyan vurğulayıb ki, Ankara bu və digər mövzularda Bakı ilə eyni mövqedən çıxış edir.

Erməni politoloq hesab edir ki, İran indi etiraz eləsə də, dəhliz açıldıqdan sonra Bakı və Ankara ilə razılaşacaq:

"Rusiyaya gəlincə, Türkiyə və Azərbaycan onun üçün bizdən qat-qat önəmlidir. Çünki onlar bizdən fərqli olaraq 35 il öz ölkələrini dağıtmaqla məşğul olmayıblar, iqtisadi və hərbi cəhətdən sabit və güclü dövlətlərdir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər