İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin şimalındakı sakinlər təhlükəsiz şəkildə evlərinə qayıdana qədər İsrail “Hizbullah”a zərbələr endirməyə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Sakinlərimizi sağ-salamat evlərinə qaytarmağa qərarlıyıq... Mən bir şeyə söz verirəm: onlar öz evlərinə qayıdana qədər dayanmayacağıq”, - Natanyahu vurğulayıb.