ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi Vladimir Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfəri ilə bağlı araşdırmaya başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “New York Post”məlumat yayıb.
Zelenskinin ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədi Kamala Harrisi dəstəkləmək üçün vergi ödəyicilərinin vəsaitlərindən istifadə edərək səfər etdiyi iddia edilir.
Qeyd olunur ki, əcnəbi liderdən seçki kampaniyasında istifadə etmək vəzifə səlahiyyətlərindən sui-istifadədir.