8 Oktyabr 11:30
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın buradakı havadarlarının, vətənə xəyanət edən insanların arzuları baş tutmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Cənab Prezidentin Cəbrayılda açılış mərasimində dediyi kimi, Azərbaycanın apardığı tikinti-quruculuq işləri, müstəqil siyasəti çox dövlətləri narahat edir. Narahat olanlardan biri də ABŞ Konqresidir. ABŞ dünyada baş verən müharibələrdə ya dolayı, ya birbaşa iştirak edir. Dünyanın hər yerində ABŞ-ın barmağı var. Ölkələrin daxili işlərinə qarşıması Amerikanın birbaşa vəzifəsidir. Sırf işğalçılıq, qan tökmə siyasəti ilə məşğul olur. Artıq Cənubi Qafqaza meyil etməyə başlayıb. Əli Kərimli və onun kimilərini qəhrəman kimi təqdim edirlər. Ancaq onların buradakı havadarlarının, vətənə xəyanət edən insanların arzuları baş tutmayacaq”, - deputat qeyd edib.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə bildirib ki, ABŞ-ın Azərbaycan dövlətinə qarşı bitərəf və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.

O qeyd edib ki, bu, ilk növbədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir.

I vitse-spiker Əli Əhmədovun sözlərinə görə, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil:

"ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb. Əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha da qüvvətləndirdisə, bu gün güclü Azərbaycan üçün tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq.

Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”.

Deputat Musa Quliyev deyib ki, ABŞ Konqresinin bəyanatı istifadəyə yararsız kağız parçasıdır:

“Hərbi təcavüzə son qoyulmasının pisi və yaxşısı olmur. Anti-Azərbaycan mövqeyi tutan amerikalıların mövqeyi aydındır. Ancaq azərbaycanlıların, adlarının çəkib şərəfləndirmək istəmədiyim şəxsləri millətimiz də yaxşı tanıyırlar. Senatorların bəyənatlarını şadyanalıqla qəbul edənlərə millətimiz qapıları çoxdan bağlayıb. Amerika xalqı da bir gün ayağa qalxıb, belələrini tarixin zibilliyinə atacaq. Tarixən körüpülər yandıranlar həmişə uduzub”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, inam beynəlxaq münasibətlərdə ən vacib məqamdır: “ABŞ bu inamı, etibarı itirir. Biz bu məktubu yazaraq çox vacib addım atmışıq. ABŞ ilə münasibətlərə yenidən baxmaq məsələsini gündəmə gətirmişik. Bu, ABŞ-ın birinci cəhdidirmi, xeyr! Ancaq bu dəfə tamamən başqa hadisə baş verdi. Amerika COP29-un keçirilməsi ilə bağlı müsbət rəy vermişdi, dəstəkləmişdi. Amma onlar tədbiri alt-üst etməyə cəhd göstərir, inamı itirirlər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər