9 Oktyabr 19:44
3 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana təzyiq göstərmək faydasızdır

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq zamanı deyib.

O qeyd edib ki, Vaşinqton COP-a sədrlik edən dövlətə təzyiqləri artırır.

“Biz bunu, məsələn, 2022-ci ildə Şarm əl-Şeyxdəki partiyalar konfransından əvvəl gördük, eyni şey keçən il Dubayda Tərəflər Konfransında oldu.

Mən hesab edirəm ki, suveren dövlətlərə, eləcə də, Azərbaycana dəfələrlə və müxtəlif mövzularda təzyiq göstərmək faydasızdır.

Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə təzyiq göstəriblər. Məsələ ondadır ki, söhbət təkcə suveren dövlətə təzyiq göstərməyin yolverilməzliyi barədə prinsipial mövqedən getmir, söhbət ondan gedir ki, bu mövzu Birləşmiş Ştatların özlərinə sərfəli olan qərarların qəbul edilməsi üçün hamının başına vuracağı növbəti siyasi dəyənəyi deyil, real mütəxəssislərin cəlb olunmasını tələb edir”, - o qeyd edib.

Zaxarova vurğulayıb ki, bu cür şeylər iqlim problemi ətrafında süni ajiotaj yaratmaq üçün istifadə olunur, əslində isə Birləşmiş Ştatlar və digər Qərb ölkələri iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, eləcə də, karbon vahidləri üçün beynəlxalq bazarın yaradılması üzrə konsensusun əldə edilməsini faktiki şəkildə sabotaj edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər