24 Dekabr 11:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Fərid Şəfiyev bildirib ki, onların arasında “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə”, “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol”, eləcə də tərəfdaşlarımızla birlikdə təşkil edilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda konfranslar var:

"COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəzi ilə "Troyka" ölkələrində enerji keçidi ilə bağlı mümkün çağırışlar da müzakirə olunub. Ənənəvi qaydada Rusiya, Qırğızıstan və Qazaxıstanla ekspert şuralarının iclasları keçirilib. Bu il avqustun 27-də Özbəkistanla da sözügedən formatda ilk görüş baş tutub".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər