Gürcüstan ordusunda hərbi xidmət keçən Ziyəddin Məmmədov həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik əsgərin ailəsinə başsağlığı verib. Bildirilib ki, faktla bağlı Hərbi Polis İdarəsində istintaq başlanılıb.
“İstintaq çərçivəsində bütün zəruri prosessual və istintaq hərəkətləri həyata keçirilir”, - məlumatda qeyd olunub.
Yerli medianın məlumatına əsasən, soydaşımız Bolnisinin Faxralı kəndinin sakini olub. Onun ölümünə silahdan ehtiyatsız davranmanın səbəb olduğu bildirilir.