Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasını yerində araşdırmaq məqsədilə Azərbaycan nümayəndə heyəti bu ölkəyə yola düşüb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yola düşən heyətin tərkibinə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri daxildir.