25 Dekabr 11:59
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Dirçəliş Fondu 2025-ci ildə işğaldan azad olunan ərazilərə 100 milyon manatdan artıq vəsait ayırmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev rəhbərlik etdiyi qurumun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fondun "yaşıl enerji" ilə bağlı da planları var:
"Müvafiq dövlət qurumları ilə müzakirələr davam edir. Hazırda bu proses yekunlaşmadığına görə rəqəmləri səsləndirə bilmərəm. Amma gələn ilin əvvəlində layihələr haqqında daha konkret danışa biləcəyik. Müşahidə şurasının müəyyən etdiyi prioritetə uyğun olaraq, hazırda işğaldan azad edilmiş ərazilərdə tarixi irsimizin bərpası üçün kifayət qədər vəsait ayırmışıq”.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər