11:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verdiyi vəsatət təmin olunmayıb.

Məhkəmə baxışı yanvarın 8-nə təyin olunub.

Qeyd edək ki, Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər